Bakıda 15 yaşlı məktəbli anasını küçədə qətlə yetirdi

Bakıda 15 yaşlı məktəbli anasını küçədə qətlə yetirdi
  • Hadisə

  • Bakıda küçədə qadın qətlə yetirilib.

    Hadisə bu gün saat 12 radələrində Nizami rayonu, R.Rüstəmov küçəsində qeydə alınıb.

    35-40 yaşlı qadın küçədə öldürülüb. İlkin məlumata görə, onu oğlu bıçaqlayaraq qaçıb. 

    Baş Prokurorluğun Mətbuat Xidməti faktı saytımıza təsdiqləyib.

    ***

    Qətlə yetirilən qadının Sevinc Məhərrəmova olması müəyyən edilib.

    Onu qətlə yetirən oğlu, 2007-ci il təvəllüdlü Aydın (şərti) isə tutularaq istintaqa təhvil verilib.

    ***

    Nizami rayon Prokurorluğu bu gün törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir: 

    "Aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2007-ci il təvəllüdlü A.C-nın qısqanclıq zəminində anası Sevinc Məhərrəmovaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

    "LEQAL.AZ"
    PAYLAŞ:

    Oxşar xəbərlər