Metro əməkdaşı ürəktutmadan vəfat etdi

Metro əməkdaşı ürəktutmadan vəfat etdi
  • Hadisə

  • "Bakı Metropoliteni" QSC-nin əməkdaşı, 1961-ci il təvəllüdlü Vamiq Həsənov ürəktutmadan vəfat edib.

    "Leqal.az" xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

    Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında "28 May" stansiyasında baş verib:

    "Stansiyalara giriş açılmazdan əvvəl süni qurğular təmirçisi V. Həsənov gecə növbəsindən işdən çıxarkən ürək çatışmazlığından dünyasını dəyişib. Onun ürəyində narahatlığı olub və bundan öncə infrakt keçirib".
    PAYLAŞ:

    Oxşar xəbərlər