Kriminal aləmdə Xan Bakinskiy kimi tanınan Xaqan Zeynalov Türkiyədə həbsxanada öldürülüb.
"Leqal.az" Yenicag.az-a istinadən xəbər verir ki, onun öldürüldüyü iddia edilir.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
Xatırladaq ki, avqustun 19-dan 20-nə keçən gecə Türkiyənin Antaliya şəhərində hotellərin birində “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifov 25 yaşlı “Xan Bakinskiy” (Xaqan Zeynalov) tərəfindən qətlə yetirilib.