İki həftədir axtarılan kişinin meyiti tapıldı

İki həftədir axtarılan kişinin meyiti tapıldı
  • Hadisə

  • Lənkəran rayonundan iki həftədir axtarılan 39 yaşlı kişinin meyiti tapılıb.

    “Leqal.az”  report-a istinadən xəbər verir ki, Nərimanabad qəsəbə sakini, 1983-cü il təvəllüdlü Elşən Akif oğlu Məmmədovun meyiti qəsəbə ərazisindəki həyətlərin birində aşkarlanıb.

    Sakinlərin bildirdiyinə görə, A. Məmmədov martın 27-dən etibarən yaxınları tərəfindən axtarılır.

    Onun aşkar olunduğu həyət Rusiyada yaşayan Nəzakət Xanhüseyn qızı Abdullayevaya məxsusdur. Evdə uzun müddətdir yaşayış yoxdur.

    Meyit qonşular tərəfindən həyətin dalan hiisəsində, üzərinin azbes şiferlə örtülmüş vəziyyətdə tapılıb.

    Mərhumun nəşi müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər