Ağdamda ermənilərə məxsus tank əleyhinə minalar AŞKARLANDI

Ağdamda ermənilərə məxsus tank əleyhinə minalar AŞKARLANDI
  • Hadisə / Maraqlı

  • Aprelin 5-də Ağdam şəhərində işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi işini yerinə yetirən hərbi istehkamçılar qrupu tərəfindən minalanmış yeni ərazi müəyyən edilib.

    "Leqal.az"ın məlumatına görə, Ağdam sənaye parkının ərazisi minalardan və partlamamış sursatlardan təmizlənərkən təqribən 30 il əvvəl basdırılmış tank əleyhinə minalar və maneələr tapılıb.

    Müdafiə Nazirliyinin hərbi istehkamçıları tərəfindən ərazilərin minalardan təmizlənməsi işləri davam etdirilir./oxu.az
    PAYLAŞ:

    Oxşar xəbərlər