u gün axşam saatlarında Mingəçevir şəhərində müxtəlif ünvanlardan zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım xidmətinə kütləvi müraciətlər daxil olub.
"Leqal.az" qafqazinfo-ya istinadən xəbər verir ki, Mingəçevir şəhər xəstəxanasından zəhərlənmə faktları ilə bağlı axşam saatlarından etibarən kütləvi müraciətlərin olmasını təsdiq ediblər.
Bildirilib ki, zəhərlənən sakinlərdən 5-i azyaşlıdır. Onların dəm qazından zəhərlənməsi ehtimal edilir.
Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, zəhərlənmə diaqnozu ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmiş 16 nəfərdən (11 orta yaşlı, 5 uşaq ) 14-ü ilkin təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Digər 2 nəfərin isə vəziyyəti stabildir.
Zəruri yardımlar göstərildikdən sonra ambulator müalicələrini davam etdirilmələri üçün evə buraxılmaları planlaşdırılır.