Qardaşını ürəyindən bıçaqlayaraq qətlə yetirdi

Qardaşını ürəyindən bıçaqlayaraq qətlə yetirdi
  • Hadisə

  • Oğuzda qardaş qardaşı bıçaqlayaraq öldürüb.

    "Leqal.az"ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Oğuz şəhəri ərazisində baş verib.

    İlkin məlumata görə, iki qardaş arasında baş verən mübahisə sonda bıçaqlanma ilə nəticələnib. Qardaşlardan biri digərini ürəyindən bıçaqlayaraq öldürüb.

    Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

    ***

    Oğuzda qardaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs məlum olub.

    Oğuz rayon sakini, 1976-cı il təvəllüdlü Aqil Qurban oğlu Şirinov bu gün axşam saatlarında ürəyindən bıçaqlanaraq öldürülüb. Qətli törətməkdə şübhəli bilinən mərhumun qardaşı, 1973-cü il təvəllüdlü Namiq Qurban oğlu Şirinov saxlanılıb.qafqazinfo

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər