Neftçalada oğlan sevdiyi qıza görə özünü asdı

Neftçalada oğlan sevdiyi qıza görə özünü asdı
  • Hadisə

  • Neftçalada intihar hadisəsi baş verib.

    “Leqal.az"  Report-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl rayonun Cəngan kənd sakini, 1999-cu il təvəllüdlü Cəfərov İmaməddin Qulam oğlu yaşadığı həyətdəki yarımtikilidə özünü asaraq intihar edib.

    Şahidlərin dediyinə görə, İmaməddin rayonun Ərəbqardaşbəyli kəndində yaşayan xalası qızını sevirmiş. O, həqiqi hərbi xidmətdə olduğu zaman xalası qızı başqasına nişanlanıb.

    Qızın üç ay əvvəl özünə qəsd etməsini eşidən oğlan özünü asıb. Onun cibindən aşkarlanan məktubda “Mən onsuz qala bilmirəm. O gedibsə, mən də onun yanına gedirəm” sözləri yazılıb.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər