Manaf Ağayev həbs edildi: Yoxlamalar başlandı

Manaf Ağayev həbs edildi: Yoxlamalar başlandı
  • Hadisə

  • “Müğənni Manaf Ağayev və iş adamı Sənan Hüseynovun işğaldan azad edilmiş ərazilərə qanunsuz səfər etmələri ilə bağlı onların keçdiyi nəzarət postunda xidməti yoxlama aparılır”.

    Bunu Oxu.Az-a açıqlamasında DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

     Manaf Ağayevlə Füzulidə “AA” seriyalı maşını sürən kimdir?

    📍Müğənni Manaf Ağayev Füzuli rayonuna qanunsuz səfər edib və bu səbəbdən saxlanılıb.
    İfaçının səfərlə bağlı çəkdirdiyi video da sosial şəbəkələrdə geniş rezonans yaradıb.
    Sözügedən videoda müğənninin avtomobilinin yanında görünən 10-AA-307 dövlət nömrə nişanlı maşının kimə məxsus olması da maraq doğurub.

     Daha ətraflı: https://oxu.az/showbiz/574431
    t.me/oxuaze/16557
    16.4Kviewsedited  





    Müğənni Manaf Ağayev və onunla birgə olan Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər etdiklərinə görə cəzalandırılıblar.

    "Leqal.az" xəbər verir ki, onların barələrində protokollar tərtib edilib.

    Protokollar məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər