Dəm qazından boğularaq ölən bacısının yasına gələn qadın ailəsi ilə birlikdə avtomobil qəzasında həlak oldu

Dəm qazından boğularaq ölən bacısının yasına gələn qadın ailəsi ilə birlikdə avtomobil qəzasında həlak oldu
  • Hadisə

  • Qusarda dəm qazından zəhərlənərək ölən ailənin qohumları daha bir faciə yaşayıb.

    "Leqal.az" bizim.media-a istinadla xəbər verir ki, bacısı Əminənin ailəlikcə dəm qazından ölməsini eşidən Bakı sakini, 23 yaşlı Fidan Məhsim qızı Ələkbərova ailəsilə birgə Qusara gələrkən qəzaya düşüblər.

    Nəticədə Fidan Ələkbərova, onun 34 yaşlı həyat yoldaşı Seymur Fikrət oğlu Əliyev və 1 yaşlı övladları Həmzə Əliyev hadisə yerində ölüblər.

    Ailə başçısının idarə etdiyi "Mercedes" markalı avtomobil Bakı-Quba yolunun Sumqayıt şəhərinin H.Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində körpüdən aşıb.

    Qeyd edək ki, bu gün Qusar şəhərində zəhərlənmə hadisəsi baş verib.

    İkimərtəbəli yaşayış evində baş vermiş hadisə zamanı Qusar şəhər sakinləri - 35 yaşlı Rusif Şıxəli oğlu Şıxov və 29 yaşlı həyat yoldaşı Əminə Məhsim qızı Şıxova, övladları - 9 yaşlı Osman, 10 yaşlı Sumeya və 5 yaşlı İmarə Şıxova dəm qazından boğularaq ölüblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər