Tehranda partlayış oldu: 9 ölü

Tehranda partlayış oldu: 9 ölü
  • Hadisə / Dünya

  • İranın Tehran vilayətinin Vəhidiyyə qəsəbəsində üçmərtəbəli binada baş verən partlayış nəticəsində 9 nəfər ölüb, 9 nəfər yaralanıb.

    "Leqal.az" xəbər verir ki, bunu Tehran vilayəti Qırmızı Aypara Cəmiyyətinin direktoru Şahin Fəthi deyib.

    Ş.Fəthinin sözlərinə görə, hadisə baş verdiyi ilk saatda 3 nəfər binanı tərk edib, 6 nəfər uçqunlar altından sağ çıxarılıb.

    Xilasetmə əməliyyatı 11 saat davam edib.

    Hadisə qaz sızması nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır. //Trend
    PAYLAŞ:

    Oxşar xəbərlər