Azərbaycanda polis əməkdaşı ağır xəstəlikdən vəfat etdi

Azərbaycanda polis əməkdaşı ağır xəstəlikdən vəfat etdi
  • Hadisə / Maraqlı

  • Azərbaycanda polis əməkdaşı ağır xəstəlikdən vəfat edib.

    "Leqal.az" Ölkə.az-a istinadən xəbər verir ki, 39 yaşlı Məmmədov Tural Şahid oğlu bir neçə gün əvvəl dünyasını dəyişib.

    O, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

    Qeyd edək ki, baş çavuş T.Məmmədov 18 il Şəki Şəhər Polis Şöbəsində işləyib.

    T.Məmmədov daim öz vəzifəsini layiqincə yerinə yetirdiyi üçün 2 dəfə fərqlənmə medalı ilə təltif edilib, 2 dəfə də fərqlənmə dərəcəsi alıb.

    Ölümündən sonra işlədiyi yerdə adına xüsusi guşə yaradılıb.

    Ailəli olan polis əməkdaşının özündən sonra 2 övladı yadigar qalıb.



    PAYLAŞ:

    Oxşar xəbərlər