Lənkəranda həbsdə olan şəxsin evi yandı

Lənkəranda həbsdə olan şəxsin evi yandı
  • Hadisə

  • Lənkəranda ikimərtəbəli ev yanıb.

    “Leqal.az”ın xəbərinə görə, hadisə rayonun Girdəni kəndində baş verib.

    Belə ki, kənd sakini 1968-ci il təvəllüdlü Fikrət Əzizəli oğlu Hadıyevə məxsus yaşayış evi yanıb. Hadisə yerinə iki yanğınsöndürən maşın cəlb olunub, alov söndürülüb. Ümumi sahəsi 140 kvadratmetr olan ikimərtəbəli evin dam örtüyü və ikinci mərtəbənin bir hissəsi yanıb. Qalan hissələr yanğından mühafizə olunub.

    İlkin məlumata görə, ev sahibi həbsdə olduğundan mənzil kirayəyə verilib. Hadisə zamanı evdə kimsə olmayıb. Yanğının qısa qapanmadan baş verdiyi ehtimalı var. Hadisənin əsas səbəbi ekspertizadan sonra məlum olacaq.

    Faktla bağlı araşdırma aparılır.

    PAYLAŞ:

    Oxşar xəbərlər