Mikroavtobusun aşması nəticəsində 13 nəfər öldü

Mikroavtobusun aşması nəticəsində 13 nəfər öldü
  • Hadisə / Maraqlı

  • Meksikanın Halisko ştatında içərisində sərnişinlər olan mikroavtobus şosedə aşıb. Hadisə nəticəsində 13 nəfər ölüb, 10 nəfər yaralanıb.

    "Leqal.az" xəbər verir ki, bu barədə ölkənin Dövlət Mülki Müdafiə Xidməti “Twitter” səhifəsində məlumat yayıb.

    Hadisə Leon-Aquaskalientes avtomobil yolunda baş verib.  İkisi azyaşlı olmaqla səkkiz kişi və dörd qadın hadisə yerində, bir nəfər isə xəstəxanada ölüb.

    İlkin məlumata görə, Mexiko ştatının Toluka şəhərindən San-Xuan-de-los-Laqos (Halisko) istiqamətində hərəkət edən mikroavtobusun sürücüsü idarəetməni itirib və nəticədə avtomobil kanala sürüşərək aşıb.

    Ölənlərin hamısının Meksika vətəndaşı olduğu bildirilib. /lent.az/

    Bizim Instagram səhifəmizə abunə olun!
    PAYLAŞ:

    Oxşar xəbərlər