Bakıda evdən 50 yaşlı kişi meyiti tapılıb

Bakıda evdən 50 yaşlı kişi meyiti tapılıb
  • Hadisə

  • Bakıda evdən 50 yaşlı kişi meyiti tapılıb.

    Bu barədə “Leqal.az”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1972-ci il təvəllüdlü Həsənov İlham Lətif oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

    Bizim Instagram səhifəmizə abunə olun!
    PAYLAŞ:

    Oxşar xəbərlər