Ağacları kəsən tikinti şirkəti məhkəməyə verildi

Ağacları kəsən tikinti şirkəti məhkəməyə verildi
  • Hadisə / Maraqlı

  • Nəsimi rayonu, Asif Məhərrəmov 36 F ünvanında “Fəxri” MTK tərəfindən aparılan tikinti işləri zamanı ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

    Xidmət rəsmisi Vaqif Cavadov “Qafqazinfo”ya bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə tikinti işləri aparan “Fəxri” MTK-nın işçiləri tərəfindən üç şam ağacının budaqlarının kəsildiyi, bir sərv ağacının isə qanunsuz köçürüldüyü müəyyən edilib.

    Faktla bağlı “Fəxri” MTK-nın hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış materiallar Nəsimi Rayon Məhkəməsinə göndərilib.

    LEQAL.AZ

    PAYLAŞ:

    Oxşar xəbərlər