Xilasedicilər intihara cəhd edən şəxsi fikrindən daşındırıb.
"Leqal"ın xəbərinə görə, rayonun Hindarx sakini 1995-ci il təvəllüdlü Savalanov Tural Elzamin oğlu intihara cəhd edib.
Hadisəyə şahid olan kənd sakinləri bu barədə FHN-nin Qarabağ Regional Mərkəzinə xəbər verib. Hadisə yerinə gələn xilasedicilər T.Savalanovu intihar etməsinin qarşısını alıb. T.Savalanov ilkin ifadəsində elektrik enerjisinin kəsildiyi üçün intihar etmək istədiyini deyib.
Faktla bağlı araşdırma başlanıb. /apa/