Bakıda mənzildə qadın meyiti tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Belə ki, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü Lalayeva Rəna Heydər qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
LEQAL.AZ