Bakıda dörd nəfər dəm qazından zəhərlənib.
“Leqal”ın məlumatına görə, hadisə Xəzər rayonunda baş verib.
Binə qəsəbəsində 1987-ci il təvəllüdlü Əhmədov Şahin Sahib oğlu və 1984-cü il təvəllüdlü İsmayılov Azər Ağasəməd oğlu, qəsəbənin “Südçülük sovxozu” adlanan ərazisində 1984-cü il təvəllüdlü İsaqova Samirə Eldar qızı, Şağan qəsəbəsində isə 1991-ci il təvəllüdlü Abdullayeva Günay Sindbad qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. /report
Hadisənin təfərrüatı araşdırılır.
LEQAL.AZ