"Atam bacımın dərdinə dözmədi" - Aynur Dadaşova

"Atam bacımın dərdinə dözmədi" - Aynur Dadaşova
  • Hadisə / Mədəniyyət

  • "Atam bacımın dərdinə dözə, onsuz yaşaya bilmədi. Övladlarına çox bağlı idi. Övlad ayrılığına dözmədi".

    "Leqal" xəbər verir ki, bu szöləri müğənni Aynur Dadaşova "Elgizlə izlə" proqramında deyib. Bir neçə gün əvvəl atası İbrahim Dadaşovu itirən sənətçi bunları söyləyib:

    "Bacım da ad gününə az qalmış rəhmətə getdi, atam da... 27-də ad günü olacaqdı... İkisi də bir-birinə elə bil söz vermişdi. Atam nəvə toyu görmək istəyirdi. Bütün günü də deyirdi, Güneli istəyirəm, bacımı arzulayırdı. İkisini də itirdim, çox ağırdır".

    Qeyd edək ki, A.Dadaşovanın bacısı xərçəngdən dünyasını dəyişib. Atası isə insult keçirib, xəstəxanaya yerləşdirilmişdi.


    axsam.az
    PAYLAŞ:

    Oxşar xəbərlər