Bakı sakini “Kalaşnikov” satmaq istəyirdi

Bakı sakini “Kalaşnikov” satmaq istəyirdi
  • Hadisə

  • Bakıda polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyindən "Leqal"a verilən məlumata görə, şöbəyə əvvəllər məhkum olunmuş paytaxt sakini Aftandil Çobanovda silah olması barədə əməliyyat məlumatı daxil olub.

    Həmin şəxs qısa zamanda saxlanılıb və onun əlindəki çantaya baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 11 ədəd patron və daraq aşkar edilərək götürülüb. Aftandil Çobanov odlu silah-sursatı bir neçə ay bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər