Xaçmazda dəhşətli cinayət: oğul yaşlı anasını baltaladı

Xaçmazda dəhşətli cinayət: oğul yaşlı anasını baltaladı
  • Hadisə

  • Xaçmazda oğul 66 yaşlı anasını baltalayıb.

    Rayonun Əzizli kənd sakini Sultanova Səmən Fətəli qızı balta zərbələrindən xəsarət alıb.

    F.Sultanovanın ailə münaqişəsi zəminində oğlu tərəfindən baltalandığı deyilir.

    Yaralı təcili tibbi yardımın köməyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sifət və baş nahiyəsinin kəsilmiş-deşilmiş yaraları, açıq kəllə-beyin travması diaqnozu qoyulub. Qadının vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. /Report

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər