KTMT hərbçiləri Qazaxıstanı nə vaxt tərk edəcək?

KTMT hərbçiləri Qazaxıstanı nə vaxt tərk edəcək?
  • Hadisə / Maraqlı

  • Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi kontingenti 10 gün ərzində Qazaxıstanı tərk edəcək. Qoşunların çıxarılması yanvarın 13-dən başlayacaq. “Centralasia.media” yazır ki, bu barədə qurumun baş katibi Stanislav Zas “Xəbər 24” telekanalına bildirib.

    Kontingentin ümumi sayı 2,5 min əsgərdir. KTMT qüvvələri iki şəhərdə - Almatı və Nur-Sultanda yerləşdirilib.

    Yanvarın 13-də Stanislav Zas Almatıya yola düşəcək, orada KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinin komandanı, general-polkovnik Andreyev Serdyukovla görüş keçirəcək, komanda məntəqəsi və dislokasiya məntəqələrinə baş çəkəcək.

    “Biz sülhməramlı əməliyyatın son mərhələsinə başlamışıq. Elə bu gün sülhməramlıların mühafizəsində olan obyektlərin yerli təhlükəsizlik qüvvələrinə verilməsi istiqamətində tədbirlərə başlanılıb. Yanvarın 13-də biz kontingentin Qazaxıstandan mütəşəkkil şəkildə çıxarılması üçün bəzi fəaliyyətlərə başlayırıq... Dövlət başçıları bu fəaliyyətləri 23-nə 10 gün ərzində başa çatdırmağı tapşırıblar. Bu real müddətdir. Bu, bizə qoşunlarımızı tələsmədən çıxarmağa imkan verəcək”, - deyə KTMT-nin baş katibi bildirib.


    virtualaz.org
    PAYLAŞ:

    Oxşar xəbərlər