Dekabrın 31-də axşam saatlarında Mir Cəlal küçəsində yerləşən çay evlərinin birində Bakı şəhər sakini Fikrət Hüseynov qətlə yetirilib.
Daxili İşlər Nazirliyindən “Leqal”a verilən məlumata görə, istintaq-əməliyyat tədbirləri ilə Bakı şəhər sakini C.Atəşzadənin münaqişə zəminində F.Hüseynovu kürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Atəşzadə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb.