Bakı sakini Sumqayıtda iki polisi bıcaqladı

Bakı sakini Sumqayıtda iki polisi bıcaqladı
  • Hadisə

  • Paytaxt sakini Ağa Əzimov yanacaqdoldurma məntəqəsinin yaxınlığında Sumqayıt Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Xəqani Məmmədov və kiçik inspektoru Orxan Baxşəliyevə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıb. Bu barədə Sumqayıt şəhər prokurorluğundan məlumat verilib.

    Polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağa Əzimov saxlanılıb.

    Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanıb. Ağa Əzimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər