İki və üç yaşlı bacı-qardaş öldü

İki və üç yaşlı bacı-qardaş öldü
  • Hadisə / Maraqlı

  • Samux rayonunda üç və iki yaşlı körpələr naməlum səbəbdən ölüb.

    LEQAL.AZ xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşan körpələr yaxınları tərəfindən xəstəxanaya aparılsalar da, R.Quliyevanın öldüyü məlum olub. Bir qədər sonra N.Quliyev da xəstəxanada dünyasını dəyişib.

    Onların ölüm səbəbi məlum deyil.

    Faktla bağlı araşdırmalara başlanılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər