İki yeniyetmə qız özünü intihar etdi

İki yeniyetmə qız özünü intihar etdi
  • Hadisə

  • Ağdaşda suvarma kanalında boğulan iki yeniyetmə qızın intihar etdiyi ehtimal olunur.

    LEQAL.AZ xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.

    Qeyd edilib ki, ilkin məlumata görə, yeniyetmə qızlar birlikdə sözləşərək suvarma kanalına gediblər və özlərini suya atıblar.

    İlhamə Əbülfət

    16:47

    6 sentyabr 2021-ci il tarixində Ağdaş rayonu ərazisindən keçən suvarma kanalında boğulan iki yeniyetmənin axtarışlarının aparılması üçün Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət daxil olub.

    FHN-dən verilən məlumata görə, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

    Həyata keçirilən axtarış tədbirləri nəticəsində 2006-cı il təvəllüdlü Niftəliyeva Arifə Ceyhun qızı və 2008-ci il təvəllüdlü Usubova Fatimə Ədalət qızının meyitləri tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər