Azərbaycanda 16 yaşlı oğlan bu görüntüləri çəkib intihar etdi

Azərbaycanda 16 yaşlı oğlan bu görüntüləri çəkib intihar etdi
  • Hadisə

  • İki gün öncə Ağcabədi rayonunda intihar hadisəsi baş verib.

    LEQAL.AZ-ın məlumatına görə, rayonun Aşağı Avşar kənd sakini, 2005-ci il təvəllüdlü Aqşin Əliyev özünü kənd ərazisindən keçən Qarabağ kanalına ataraq intihar edib.

    16 yaşlı yeniyetmənin meyiti bu gün sudan çıxarılaraq ailəsinə təhvil verilib və o, kənd qəbiristanlığında dəfn olunub.

    Məlumata görə, Aqşinin intiharına səbəb sevdiyi qızın başqasına verilməsi olub. O, canına qəsd etməzdən öncə intihar etdiyi ərazidə video da çəkib.

    Faktla bağlı araşdırma aparılır.


    qafqazinfo
    PAYLAŞ:

    Oxşar xəbərlər