Azərbaycanda 1 həftə əvvəl həbs edilən kriminal avtoritet ÖLDÜ

Azərbaycanda 1 həftə əvvəl həbs edilən kriminal avtoritet ÖLDÜ
  • Hadisə

  • Azərbaycanda bir həftə əvvəl həbs edilən “Diska Nəriman” ləqəbli kriminal avtoritet Nəriman Qurbanəliyev vəfat edib.

    LEQAL.AZ lent.az-a istinadən xəbər verir ki, saxlanıldığı müəssisədə “Diska Nəriman”ın vəziyyəti qəfildən pisləşib və o təcili xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

    Qeyd edək ki, bir həftə əvvəl Qax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılan Zaqatala rayon sakini, əvvəllər 4 dəfə məhkum olunmuş, kriminal aləmdə “Diska Nəriman” kimi tanınan Nəriman Qurbanəliyevdən metamfetamin (“patı”) götürülüb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər