Qubada ağır qəza: Beş nəfər öldü

Qubada ağır qəza: Beş nəfər öldü
  • Hadisə

  • Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    LEQAL.AZ  xəbər verir ki, hadisə rayonun Alekseyevka kəndində qeydə alınıb.

    Hərəkətdə olan “Mercedes-Benz” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

    Nəticədə, maşında olan beş nəfər hadisə yerində ölüb. Onların şəxsiyyəti müəyyənləşdirilir. 

    Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan iki nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

    Faktla bağlı araşdırma aparılır.



    PAYLAŞ:

    Oxşar xəbərlər