Cəlilabadda heroin və “patı” satanlar saxlanılıb

Cəlilabadda heroin və “patı” satanlar saxlanılıb
  • Hadisə

  • Cəlilabadda heroin və “patı”nın dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan LEQAL.AZ-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini H.Əsgərov saxlanılıb.

    Keçirilən baxış zamanı onun üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

    Cəlilabad RPŞ-nin əməkdaşlarının Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları ilə birgə keçirdiyi digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini M.Əhmədov saxlanılıb. Onun üzərində psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

    Faktlarla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər