Sabirabadda ailə dramı: Nizami Məhərrəmov silah çəkdi, bir evdən üç meyit çıxdı

Sabirabadda ailə dramı: Nizami Məhərrəmov silah çəkdi, bir evdən üç meyit çıxdı
  • Hadisə

  • Ötən gün axşam Sabirabadda üç nəfərin ölümü ilə nəticələnən dəhşətli ailə dramı baş verib. KİV-lər xəbər verir ki, hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndində qeydə alınıb.

    Belə ki, Saatlı rayonunun Bəylik kənd sakini, 1963-cü il təvəllüdlü Məhərrəmov Nizami Qaraoğlan oğlu ov tüfəngi ilə həyat yoldaşı, Sabirabad rayonunun Əsgərbəyli kənd sakini, 1976-cı il təvəllüdlü Məhərrəmova Ruhiyyə Əmirxan qızını və qayınatası, Sabirabad rayonunun Əsgərbəyli kənd sakini, 1936-cı il təvəllüdlü Əflatunov Əmirxan Əlibala oğlunu qətlə yetirib və daha sonra özünü öldürüb.

     İlkin məlumata görə, N.Məhərrəmovla həyat yoldaşı arasında söz-söhbət yaranıb və R.Məhərrəmova atasının evinə gedib. N.Məhərrəmov həyat yoldaşını evə qaytarmaq üçün qayınatasıgilə gedib və ağır cinayəti törədib.


    virtual.org
    PAYLAŞ:

    Oxşar xəbərlər