Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
  • Hadisə / Maraqlı

  • Avqustun 7-si saat 14:20-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Arazdəyən-Sədərək istiqamətində mövqelərimizi müxtəlif çaplı silahlardan atəşə tutub.

    Bu barədə LEQAL.AZ-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

    Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

    Cavab atəşi ilə qarşı tərəf susdurulub.

    Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
    PAYLAŞ:

    Oxşar xəbərlər