Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri ilə 6 nəfər rayon sakini saxlanılıb. Onlardan ümumilikdə 1 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan LEQAL.AZ-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Ramin İbrahimov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən yarım kiloqramdan artıq nakotik vasitə heroin, 109 qram “patı” kimi tanınan psixotrop maddə metafetamin aşkarlanaraq götürülüb.
Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Lənkəran rayon sakini Ramin Əzizov saxlanılıb. Onun üzərindən 561 qram heroin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə rayon sakinləri Şahlar Möhsümzadə, Cavid Səlimzadə, Emin Cabbarov, Vüsalə İbadova saxlanılıblar. Onların üzərindən hazır bükümlərdə heroin və metamfetamin aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla E.Cabarovun ərzaq mağazasından 600 manat, V.İbadovanın isə mağazalardan birində satıcı işləyən qadının çantasından 1930 manat pul oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.