Türkiyənin Bursa şəhərində ailəsini gəzintiyə aparan kişi faciəvi şəkildə həlak olub.
“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, 35 yaşlı ailə başçısı Abdullah Həmzə "Dəmirtaş" su bəndinin yaxınlığında üç övladı və xanımı ilə birgə piknik edib.
Onun üç azyaşlı övladı suya daxil olub və bir müddət sonra onlar boğulmaq təhlükəsi ilə üzləşiblər.
Suya atılan kişi övladlarını ölümdən qurtarsa da özü xilas ola bilməyib.
Hadisə yerinə dalğıclar onun cansız bədənini sudan çıxaraq aidiyyatı üzrə təhvil veriblər.