Ankarada “Cümhuriyyətin 97-ci ildönümündə milli mücadilə” sərgisi açılıb-FOTO

Ankarada “Cümhuriyyətin 97-ci ildönümündə milli mücadilə” sərgisi açılıb-FOTO
  • Dünya

  • Türkiyə Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü münasibətilə Ankarada “Cümhuriyyətin 97-ci ildönümündə milli mücadilə” sərgisinin açılışı mərasimi keçirilib.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Milli Kitabxanada keçirilən bu sərginin açılış mərasimində iştirak edib.

    Əvvəlcə zəngin bədii proqram olub.

    Mərasimdə çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan xalqının dövlətçilik tarixinin, əcdadlardan miras qalan dəyərlərin, Türkiyə Cümhuriyyətin qurulması və bu prosesdə keçilən qəhrəman hərb hərəkatını milli sərvət kimi dəyərləndirib. Qazi Mustafa Kamal Atatürkün liderliyi ilə aparılan istiqlal mübarizəsinin tarixi əhəmiyyətini yüksək dəyərləndirən dövlət başçısı bildirib ki, istiqlal hərbindəki ruh və həyəcan bu gün də eyni əhvalda davam edir.

    29 oktyabr - Respublika Günü münasibətilə xalqını bir daha səmimi sözlərlə təbrik edən Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, Türkiyə qarşıya qoyduğu bütün hədəflərə çatmaq üçün strategiyanı bundan sonra da əzmlə davam etdirəcək.

    PAYLAŞ:

    Oxşar xəbərlər