Ərdoğan: Türkiyə-Gürcüstan strateji əməkdaşlığı davam etdiriləcək

Ərdoğan: Türkiyə-Gürcüstan strateji əməkdaşlığı davam etdiriləcək
  • Dünya

  • "Türkiyə- Gürcüstan strateji əməkdaşlığı bundan sonra da davam etdiriləcək".

    LEQAL.AZ-ın məlumatına görə, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Gürcüstan baş naziri Giorgi Qaxariyanın bu vəzifəyə yenidən təyin olunması münasibətilə təbrik məktubda əksini tapıb.

    “Bölgədə dayanıqlı sülh və sabitliyin bərqərar olması üçün fürsətlər pəncərəsinin yarandığı dövrdə sizin rəhbərliyiniz altında ölkələrimiz arasında əlaqələrin bütün sahələr üzrə davam etdiriləcəyinə əminəm”, - məktubda belə deyilir.

    Türkiyə Prezidenti Gürcüstan hökumətinin başçısına möhkəm cansağlığı və xoşbəxtlik, dost gürcü xalqına firavanlıq arzulayıb: “Qoy Yeni il ölkələrimiz və bölgəmizə sülh və xeyirxahlıq gətirsin”.
    PAYLAŞ:

    Oxşar xəbərlər