Albaniyanın Baş naziri, Avropa və xarici işlər naziri Edi Rama Türkiyəyə səfər edib.
LEQAL.AZ xəbər verir ki, Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanla Baş nazir Edi Rama təkbətək, sonra heyətlərarası görüşlərdə Türkiyə-Albaniya münasibətlərinin inkişaf dinamikası müzakirə olunub.
Görüşlərdən sonra hökumət başçıları Prezident Administrasiyasında birgə mətbuat konfransı keçiriblər.
Türkiyənin bundan sonra da Albaniya ilə həmrəy olacağını vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan yeni anlaşmaların əhəmiyyətini yüksək dəyərləndirib. Dövlət başçısı bildirib ki, Türkiyənin Albaniyada inşa edəcəyi yaşayış binaları və xəstəxana ən qısa zamanda tamamlanacaqdır.
Yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib, dost Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən hər zaman həmrəylik sərgiləndiyini diqqətə çatdıran Baş nazir Edi Rama əminliklə bildirib ki, iki ölkə arasında əlaqələrin daha da genişlənməsi üçün güclü siyasi iradə mövcuddur. Əminəm ki, bu səfər çərçivəsində mühüm addımlar atdıq.
Türkiyə-Albaniya əməkdaşlığına dair sənədlər imzalanıb.(azərtac)