ABŞ hərbçiləri Somalini tərk etməyə başlayıb

ABŞ hərbçiləri Somalini tərk etməyə başlayıb
  • Dünya

  • ABŞ Silahlı Qüvvələrinin ilk bölmələri Somali sahillərində lövbər salan Birləşmiş Ştatların “Makin Island” desant gəmisinə gətirilib.

    LEQAL.AZ Goobjoog News portalına istinadla xəbər verir ki, amerikalı hərbçilər ABŞ kontingentinin Somali ərazisindən çıxarılması üzrə əməliyyat çərçivəsində ölkəni tərk etməyə başlayıb. Hərbçilərin daşınması gəmilər vasitəsi ilə gələn dəniz piyadalarının köməyi ilə həyata keçirilir. Birləşmiş Ştatların bu ölkədən təxliyə olunacaq hərbi kontingentinin sayı 700 nəfərə yaxındır.

    “Somali Guardian” portalının məlumatına görə, ölkədən çıxarılacaq qüvvələrin əsas hissəsi Cibutidəki 3 min nəfərlik şəxsi heyətə malik “Kemp-Lemonye” hərbi dəniz bazasında yerləşdiriləcək. Bu, ABŞ-ın Afrikadakı ən böyük bazasıdır. Amerikalı hərbçilərin qalan hissəsi isə Keniyaya yollanacaq.

    Qeyd edək ki, hazırda Afrika qitəsində Birləşmiş Ştatların 6 min nəfərlik hərbi qüvvəsi dislokasiya olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər