Fransanın dövlət borcu artıb

Fransanın dövlət borcu artıb
  • Dünya

  • Fransanın dövlət borcu ümumi daxili məhsulun (ÜDM) 116,4 faizinə və ya 2 trilyon 674,3 milyard avroya çatıb.

    LEQAL.AZ xəbər verir ki, bu barədə Fransa Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutu (INSEE) məlumat yayıb.

    Bildirilir ki, cari ilin 3-cü rübündən etibarən dövlət və sosial təminat idarələrinin xəzinəsində artımdan sonra dövlət borcunun artmasında ləngimə qeydə alınıb.

    Dövlət borcu iyul-sentyabr aylarında 36,1 milyard avro artıb, halbuki 2020-ci ilin 2-ci rübündə bu rəqəm 200 milyard avro olub.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər