Türkiyə Respublikasının xarici işləri naziri Mövlud Çavuşoğlu ilə İran İslam Respublikasının xarici işləri naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.
LEQAL.AZ Türkiyə Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, nazir Mövlud Çavuşoğlu söhbət zamanı bildirib ki, Qarabağa həsr olunduğu bəlli olan bir şeirin və İranla əlaqəsi hətta işarə belə edilməyən məlum nitqin, bu mövzunu müzakirə edə biləcək kanallar olduğu halda, İran tərəfindən ortaya atılan iddialar və Prezidentimizi hədəf alan ağır açıqlamalar qəbuledilməzdir. Məlum açıqlamalar, ən çətin günlərində İrana hər kəs arxa çevirdiyi halda, Türkiyənin bu ölkənin yananında olmasının unudulduğu barədə məyusluğu belə artırır.(azərtac)