Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma və gündəlik ölüm sayında sürətli artım davam etməkdədir. Hökumətin, ölümcül pandemiyanın yayılma riskini azaltmaq məqsədilə tətbiq etdiyi sərt qadağalar noyabrın 21-dən qüvvəyə minib. Məhdudiyyətlərin bir qismi şənbə və bazar günlərini əhatə edəcək. Bu gün Türkiyə vaxtı ilə saat 20.00-da başlanan evdən çıxmaq qadağası sabah saat 10.00-a qədər qüvvədədir. Eyni qadağa bazar günü də göstərilən saat intervalında tətbiq olunacaq.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, noyabrın 21-də Türkiyədə 152 min 214 nəfər testdən keçirilib. Onlardan 5 min 332 nəfərin testinin nəticəsi müsbət çıxıb. Gün ərzində bu xəstəlikdən 135 nəfər ölüb, 3 min 233 nəfər isə sağalıb. Ölkə üzrə indiyədək infeksiyadan ölənlərin ümumi sayı 12 min 219 nəfərə çatıb. Bu gün infeksiya aşkarlananlar dünənki ilə müqayisədə 229 nəfər çoxdur.