
Çində Qırğızıstanla sərhəd yaxınlığında 5,2 bal gücündə zəlzələ baş verib.
Leqal.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, təbii fəlakətin episentri Çinin Aksu mahalından 144 km cənub-qərbdə olub.
Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Qeyd edək ki, yanvarın 23-nə keçən gecə Çində 7,1 bal gücündə zəlzələ baş vermişdi.