Ərdoğan İsveçin NATO-ya qəbuluna cavab olaraq ABŞ-dan “F-16”lar istəyib

Ərdoğan İsveçin NATO-ya qəbuluna cavab olaraq ABŞ-dan “F-16”lar istəyib
  • Dünya

  • Rəsmi Ankara Türkiyə parlamentinin İsveçin NATO-ya müraciətini ratifikasiya etməsinə cavab olaraq Vaşinqtonun “F-16” qırıcı təyyarələrinin tədarükü ilə bağlı ABŞ-ın qarşılıqlı münasibətinə ümid edir.

    Leqal.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatına istinadən məlumat yayıb.

    “Qoy ABŞ-dakı həmkarlarımız İsveçin NATO-ya üzvlüyünün Türkiyə Parlamentində nəzərdən keçirilməsi ilə eyni vaxtda Türkiyəyə F-16 tədarükü məsələsini Konqresdən uğurla keçirsinlər. Gəlin bu addımları eyni vaxtda edək”, - deyə Ərdoğan əlavə edib.

    Qeyd edək ki, İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. Lakin Türkiyənin təsdiq etməməsi səbəbindən İsveçin müraciəti hələ müsbət nəticələnməyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər