HƏMAS rəsmisi azad edilmiş israillilərin girov olmadıqlarını, təşkilatın onları ələ keçirmədiyini açıqlayıb

HƏMAS rəsmisi azad edilmiş israillilərin girov olmadıqlarını, təşkilatın onları ələ keçirmədiyini açıqlayıb
  • Dünya

  • HƏMAS-ın Livanın paytaxtı Beyrutdakı nümayəndəsi azad edilmiş israillilər Nurit Kuper və Yoxeved Lifşitslə bağlı hələlik dəqiqləşdirilmiş bəyanat verib və İsrail tərəfindən rəsmən təkzib edilən açıqlamanı təkrarlayıb.

    Bu barədə HƏMAS-ın nümayəndəsi Usama Hamdan BBC-nin “Radio 4”ündə “The World Tonight”a müsahibəsində danışıb.

    Hamdan bildirib ki, buraxılmış iki qadını ələ keçirən HƏMAS yox, “digərləri” olub. Onun sözlərinə görə, HƏMAS həmin şəxsləri guya tapmaqda və “geri göndərməkdə” yardımçı olub. Partiya nümayəndəsi vurğulayıb ki, onlar ümumiyyətlə girov olmayıblar.

    Eyni zamanda, o, HƏMAS-ın öncəki bəyanatlarını təkrarlayaraq partiyanın adıçəkilən şəxsləri hələ cümə günə qaytarmağa hazır olduğunu, lakin İsrail hökumətinin guya buna müqavimət göstərdiyini açıqlayıb.

    Bununla belə, BBC-nin diplomatik icmalçısı Pol Adams qeyd edib ki, HƏMAS-ın bu cür bəyanatını həqiqət kimi qəbul etmək lazım deyil. Onun fikrincə, partiyanın girovların taleyi ilə bağlı piar döyüşü apardığı və ehtimal ki, israillilərin beynində onların hökumətinin girovların azad edilməsi ilə bağlı fəaliyyətinə şübhələr səpməyə çalışdığı aydındır.

    Xatırladaq ki, cümə günü HƏMAS iki girovu azad etməyə hazır olduğunu açıqlasa da, İsrail bunu “yalan təbliğatı” adlandırıb./report
    PAYLAŞ:

    Oxşar xəbərlər