Avqustun 22-dən 23-ə keçən gecə İranın Xuzistan əyalətinin İzə şəhərində hökumət qüvvələri ilə silahlılar arasında qarşıdurma baş verib.
Bu barədə İran mediası və müxalifət mətbuatı məlumat yayıb.
Bildirilib ki, atışma məmurların axtarışda olan müxaliflərin gizləndiyi evə basqını zamanı baş verib.
Atışma nəticəsində 2 nəfər öldürülüb, üç nəfər həbs edilib.
Öldürülənlərdən biri bundan əvvəl etiraz aksiyalarında fəal iştirak edən Kəmər Təhmasibidir.
Öldürülən digər şəxsin və həbs edilənlərin kimliyi açıqlanmayıb.