İsrailin Baş naziri Binyamin Netanyahu son günlərdə israillilərə qarşı başlanan terror aktlarının yeni dalğasının təşkilinin arxasında İranın dayandığına əmindir.
Leqal.az xəbər verir ki, bu barədə o öz eks hesabında yayımlanan çıxışında deyib.
“Biz İran və onun marionetləri tərəfindən təşviq edilən, istiqamətləndirilən və maliyyələşdirilən terror aktının episentrindəyik”, - o deyib.
Netanyahu vurğulayıb ki, günahkarların tapılıb cəzalandırılması üçün hər şey edilir: “Biz qatilləri tutmaq üçün gecə-gündüz işləyirik”.