Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 30-a çatıb.
Leqal.az xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.
Məlumatda o da qeyd olunub ki, hadisə nəticəsində xəsarət alanların sayı 100-ü keçib. Yaralıların içində azyaşlılar da var.