Ukrayna kəşfiyyatı: "Moskva sakinləri dron hücumlarına hələ çox şahidlik edəcəklər"

Ukrayna kəşfiyyatı: "Moskva sakinləri dron hücumlarına hələ çox şahidlik edəcəklər"
  • Dünya

  • “Moskva sakinləri dron hücumlarına hələ çox şahidlik edəcəklər. Çünki Rusiya paytaxtının hava hücumundan müdafiəsi sistemləri effektiv işləyə bilmir”.

    Leqal.az  xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov “Kiyev Post”a müsahibəsində deyib.

    O, Moskva əhalisinin artıq təhlükəsiz olmadığını söyləyib: “Bu anlayış onlardan uzaqdır. Bütün dünya Rusiyanın müdafiə sisteminin müasir çağırışlara cavab vermədiyini görür. Halbuki Rusiya silah bazarında lider olduğunu iddia edir”.

    A.Yusovun sözlərinə görə, bu tendensiya nəticəsində Rusiya əhalisi Kremlin təbliğatına inanmağa davam etməyə bilər.

    O əlavə edib ki, Rusiya şəhərlərinə gündəlik hücumların sayı arta bilər: “Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində təyyarələr və hava limanlarımız işləmir və ya dağıdılır. Bu gün qarşı tərəf də oxşar hadisələri yaşayır”.

    Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak Rusiyada partlayışların daha tez-tez olacağı barədə xəbərdarlıq edib.

    Xatırladaq ki, son vaxtlar Rusiyanın müxtəlif şəhərlərində, o cümlədən paytaxt Moskvada yanğın və partlayışlar baş verir.
    report 
    PAYLAŞ:

    Oxşar xəbərlər