İranda istilər səbəbindən 2 günlük tətil elan edildi

İranda istilər səbəbindən 2 günlük tətil elan edildi
  • Dünya

  • İranda həddindən artıq istilərlə əlaqədar avqustun 2-3-də ölkə üzrə bütün müəssisələrin tətilə buraxılması qərara alınıb.

    Bu haqda İran hökumətinin sözçüsü Əli Bahadori Çehromi tviter hesabında açıqlama verib.

    “Bu günlərdə misli görünməmiş istilər səbəbindən vətəndaşların sağlamlığını qorumaq üçün Səhiyyə Nazirliyinin təklifi ilə ölkənin bütün ərazisində çərşənbə və cümə axşamı günlərinin tətil olması Nazirlər Şurası tərəfindən qəbul edilib”, - sözçü qeyd edib.

    Qeyd edək ki, son həftələrdə isti havanın təsirli olduğu İranda sabah ölkənin cənub-qərbindəki bəzi şəhərlərdə temperaturun 51 dərəcəyə çatacağı təxmin edilir. Paytaxt Tehranda isə 40 dərəcə isti gözlənilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər